"Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi"ndə keçirilmiş "Daktil Öyrənək-Daktil Əylənək" Layihəsinin təqdimatı
"Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi"ndə keçirilmiş "Daktil Öyrənək-Daktil Əylənək" Layihəsinin təqdimatı
- 04 Oktyabr, 2018
04 oktyabr 2018-ci il tarixdə Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi"ndə Azərbaycan Respublikasının prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Əlil Ziyalılar və Azərbaycan Gözdən Əlillər Cəmiyəti İctimai Birlikləri tərəfindən icra edilmiş “Daktil öyrənək - daktil əylənək” layihəsinin təqdimatı keçirildi.
Tədbir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi"nin, Əlil Ziyalılar İctiami Birliyi Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutdu
Tədbirdə çıxış edən Gözdən əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova bildirmişdir ki,Layihə Azərbaycanda ilk dəfə olaraq görmə imkanları məhdud uşaqlar üçün daktil (yəni əllə hiss olunan) kitabların, dərs vəsaitlərinin və intellektual oyuncaqların hazırlanmasına başlanmışdır. Əlillərin məşğulluq problemlərinin həllinə dəstək məqsədi ilə vəsaitlərin hazırlanması prosesi görmə imkanları məhdud şəxslərə öyrədilmişdir. Daktil kitablardan, vəsaitlərdən və oyuncaqlardan istifadə kor və zəifgörən uşaqlarda erkən müdaxilə yolu ilə kiçik əl motorikasının inkişafının surətləndirilməsinə və ətraf aləmin görüntülü (təxəyyüldə formalaşmış) şəkildə dərk edilməsinə xidmət edəcəkdir.
Diqqətə çatdırıldı ki, layihə çərçivəsində icra edilmiş fəaliyyətlər “Əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyanın”, Azərbycan Respublikasının Konstitusiyasının və ölkənin prezidenti Cənab İlham Əliyevin “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə DÖVLƏT PROQRAMI”nın başlıca tələbi olan imkan və hüquq bərabərliyinin təmin edilməsinə yönəldilmişdir.
Sevindirici haldır ki, "Daktil öyrənək-Daktil Əylənək" layihəsinin təqdimat tədbiri yenicə istifadəyə verilmiş "Yetkinlik Yaşına Çatmamış Görmə İmkanları Məhdud Şəxslərin Bərpa Mərkəzi"ndə keçirilmişdir. Mərkəz MDB dövlətləri arasında analoqu olmayan bir mərkəzdir. Bərpa Mərkəzində görmə imkanları məhdud şəxslərin tibbi, peşə, sosial, əmək, idman reabilitasiya və abilitasiyalarının təşkili üçün beynəlxalq standartlara cavab verən şərait yaradılmışdır. Mərkəzdə görmə imkanları məhdud şəxslər 3 ay müddətində reabilitasiya kursuna cəlb edilərək brayl əlifbasına, kompüter biliklərinə, incəsənətin müxtəlif növlərinə, üzgüçülük, yüngül atletika və idmanın digər sahələrinə yiyələnərək, gələcək həyatlarında əldə etdikləri bilik və bacarıqlardan istifadə etməklə öz məşğulluq problelərini həll etmək üçün və Cəmiyyətə inteqrasiya olunmaları üçün dəstək olacaqdır.
Xanım R.Cəfərova daha sonra qeyd etdi ki Gözdən Əlillər Cəmiyyəti indiyə qədər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin maliyyə dəstəyi və təşkilatçılığı ilə Bir çox cizgi və bədii filmlərin Tiflo və surdo tərcüməsini hazırlayraq Görmə eşitmə və nitq qüsurlu insanların ixtiyarına vermişdir. Bakı Şəhər İcra hakimiyyətinin maliyə dəstəyi ilə 12 cizgi və 1 bədii filmin tiflo və surdo şərhi hazırlanmışdır. Filmlər regionlarda yerləşən Gözdən Əlillər Cəmiyyətinin rayon təşkilatlarına göndərilmiş və Bakı Şəhər Kino Xidmətinin kino.org.az saytına yerləşdirilmişdir.
Qeyd edildi ki, bu işlərin davamı indi hazırda Nəqliyyat,Rabitə və Yüksək texnologiyalar Nazirliyininin köməkliyi ilə həyata keçirilir.