Ümumdünya Yoxsulluqla Mübarizə Günü
Ümumdünya Yoxsulluqla Mübarizə Günü
- 17 Oktyabr, 2018
17 oktyabr Beynəlxalq Aclığın Aradan Qaldırılması – Ümumdünya Yoxsulluqla mübarizə günüdür.
Ümumdünya Yoxsuluqla mübarizə günü yoxsulluğa qarşı milli, regional və beynəlxalq səviyyələrdə mübarizə səylərini birləşdirmək məqsədi daşıyır.
Azərbaycanda əhalinin yoxsulluğunun aradan qaldırılması üçün dövlət tərəfindən mühüm addımlar atılır. Ölkə prezidentinin 2 mart 2001-ci il tarixli sərəncamı ilə “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” qəbul edilib. Daha sonra Prezident İlham Əliyev “2015-2018-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycanda yoxsulluq həddini xarakterizə edən başlıca göstərici əhalinin minimum istehlak təlabatını ödəmək üçün gəlirin məbləği hesab olunur. Başqa sözlə,yaşayış minimumunun dəyəri yoxsulluq həddi kimi qəbuı edilir. Rəsmi məlumatlara görə, Azərbaycanda ifrat yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib.
Ölkəmizdə yoxsulluqla mübarizə sahəsində mühüm layihələrdən biri də aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə tutan xüsusi dövlət proqramının həyata keçirilməsidir.
Yoxsulluqla mübarizə günü ilə əlaqədar Bakı Şəhər Kino Xidməti İdarəsi “Kimsəsiz kobra” adlı sənədli film çəkmiş və Beynəlxalq Mətbuat Mərkəzində onun təqdimatını keçirmişdir.