Rüstəm Behrudi
Rüstəm Behrudi
- 12 Sentyabr, 2018
Müasir Azərbaycan şairi, Azərbaycan Yazıçılar birliyinin üzvü Rüstəm Behrudi 1957-ci il sentyabrın 12-də Ordubad rayonunun Behrud kəndində dünyaya gəlmişdir. Öz yaradıcılığında türkçülüyə və dərviş fəlsəfəsinə üstünlük verir. O ”Yaddaşlara yazın”, “Şaman duası”, kitablarının müəlifidir. Əsərləri Türkiyədə, İranda, Avstriyada, Almaniyada, Belçikada və s. ölkələrdə çap olunmuşdur. Yaradıcılığından seçmələr polyak, fransız, rus və çex dillərinə tərcümə edilmişdir.
Görkəmli şairimizi doğum günü münasibətilə təbrik edir, ona can sağlığı və yaradıcılıq uğurları diləyirik. Kino Xidməti idarəsinin illər öncə onunla olan müsahibəsini izləyicilərimizə təqdim edirik.