Od çərşənbəniz mübarək!

Od çərşənbəniz mübarək!

  • 03 Mart, 2018

Bu gün ilin axır çərşənbələrindən ikincisi olan Od çərşənbəsidir. Xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi də tanınır. Od ünsürü, adətən, təbiətin, eləcə də, insanın yaradılış prosesinin ikinci mərhələsi kimi götürülür.

Əski türk dünyagörüşünə görə, odu insanlar ilk olaraq ağac koğuşunun dibindən əldə edib.  Bəlkə də bundan qaynaqlanaraq insanlar müqəddəs hesab etdikləri ağacları da “ocaq” adlandırıb.
Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün azarbezarları. yandırırdılar.
Od çərşənbəniz  mübarək!