İlk səsli Azərbaycan filmi

İlk səsli Azərbaycan filmi

  • 18 İyul, 2018

Azərbaycan kinosunun 120 illiyinə həsr olunur
İlk səsli Azərbaycan filmi
2 avqust 2018-ci il tarixində Azərbaycan kinosunun 120-ci ildönümü tamam olur. Təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçmiş Azərbaycan kino sənəti ötən müddət ərzində xalqın mədəni-mənəvi həyatında özünəməxsus yer qazanmışdır.
“Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2008-ci il 4 avqust tarixli Sərəncamı Azərbaycanın kino sənətinin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan filmlərinin son illər beynəlxalq festivallarda fəal iştirakı həmin Dövlət Proqramı çərçivəsində silsilə tədbirlərin müvəffəqiyyətlə icrasının nəticəsidir.
Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında möhtərəm Prezident İlham Əliyevin imzaladağı Sərəncama uyğun olaraq, bu ilin avqustunda Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Öz tarixini 1898-ci ildən başlayan Azərbaycan kinosunun ilk səsli filmi ilə kino.org.az saytının izləyicilərini tanış etmək istəyirik.
“Mavi dənizin sahilində” bədii filmi“ Azərfilm”in 1935-ci ildə çəkdiyi ilk səsli kinosudur. Rus alimi, ixtiraçı Pavel Tagerin kino tarixində inqilaba səbəb olan ixtirasından sonra dünyada çəkilən bütün filmlər onun sistemi üzrə səsləndirilməyə başladı.Azərbaycanda da bu sistemlə yazılan ilk film “Mavi dənizin sahilində” oldu. Filmdə hadisələr əsasən üç aktyorun üzərində qurulub. Xəzərin Azərbaycanın cənubunda “Sara” adasında yerləşən hissəsində iki balıqçı dostun – Yusif və Alyoşanın başına gələn macəralardan və onların Maşaya olan sevgisindən bəhs edir. Iki dost özlərini Maşaya sevdirmək üçün bir çox vasitələrə əl atırlar ki, bu da filmin əsasən komik hissəsini təşkil edir. “Mavi dənizin sahilində” filminin daha bir özəlliyi də ondadır ki,filmdə Azərbaycan rejissoru Səməd Mərdanovun ruslarla birlikdə çəkilməsidir. Moskvada təhsil alan ilk azərbaycanlı rejissor kimi tarixə düşən Səməd Mərdanov dördüncü kursda oxuyarkən zaman filmin əsas rejissoru məşhur Boris Barnet tərəfindən bu filmə dəvət alır Boris Barnet filmi Azərbaycanda çəkdiyindən və orada Azərbaycan ovqatının ön xəttə çıxarılması səbəbindən daha bir azərbaycanlı mütəxəssisini - Məmməd Əlilini bu filmə asisent kimi dəvərt edir.
Filmin uğurlu alınmasında əsas səbəbkarlardan biri də ikinci rejissor Səməd Mərdanov olub. Onun filmə daxil etdiyi bir neçə epizod var ki, kino xadimlərini də məhz onlar özünə cəlb edib. Həmin epizodlar filmin komik gücünü artırmaqla yanaşı, həm də onun təbiiliyini, həssaslığını artırır.
“Mavi dənizin sahilində” filmi Azərbaycan kino tarixində bir mərhələdir. Məhz Səməd Mərdanovun sayəsində aktyor heyətində bircə nəfər də azərbaycanlı olmayan film Azərbaycan məhsulu hesab edildi.
Dünya kinosunun 100 illiyi münasibətilə ən nüfuzlu kinoşünaslar arasında keçirilən sorğuya əsasən Azərbaycanın “Mavi dənizin sahilində” filmi dünya kinosunun ən yaxşı 10 əsəri siyahısına daxil edilib. Bu fakt Moskvanın “Kinovedçeskiye zametki” jurnalının 1995-ci il, 27-ci nömrəsində dərc edilib.
Xatırladırıq ki, “Mavi dənizin sahilində” filminin operatoru Mixail Kirillovdur.