Bu gün ümummilli lider Heydər Əliyevin anım günüdür
Bu gün ümummilli lider Heydər Əliyevin anım günüdür
- 12 Dekabr, 2018
Bu gün Ulu Öndər Ümummilli lider Heydər Əliyevin xatirə günüdür. Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş umummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü xalqımız tərəfindən dərin kədər hissi ilə Vətənimizin hər bir guşəsində qeyd olunur. Ulu öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlər onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramları bu gün də öz bəhrəsini verməkdədir.
Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
Bakı Şəhər Kino Xidməti İdarəsi hər il Umummilli liderin anım gününü yüksək səviyyədə qeyd edir, onun xatirəsini qürurla yad edir. İdarənin əməkdaşları tərəfindən lentə alınan, Ulu Öndərin ictimai-siyasi, və ömür yolundan bəhs edən “Xalqa bağışlanan ömür” sənədli filmi hərbi hissələrdə, ümumtəhsil məktəblərində bu gün də nümayiş etdirilməkdədir. Allah rəhmət eləsin!