Bakı Şəhər Kino Xidməti İdarəsi xüsusi mükafatla təltif edildi
Bakı Şəhər Kino Xidməti İdarəsi xüsusi mükafatla təltif edildi
- 30 Noyabr, 2018
Noyabrın 29-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan ailəsi” film festivalının qaliblərinin mükafatlandırılması mərasimi olub
Mərasimdə əvvəlcə festivala təqdim olunmuş film və fotolardan ibarət videoçarx nümayiş etdirilib.
Məlumat verilib ki, “Azərbaycan ailəsi” film festivalına 2008-ci ildən start verilib. Təqdim olunan işlər Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib. 30 mart 2018-ci il tarixində start verilmiş bu ilki müsabiqəyə 57 film təqdim olunmuşdur.
Dövlət rəsmilərinin iştirakı ilə keçirən tədbirin sonunda müxtəlif nominasiyalar üzrə “Azərbaycan ailəsi-2018” film festivalının qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti idarəsi vətənpərvərlik mövzusunda lentə aldığı “92-ci ilin qarı” sənədli filminə görə “Azərbaycan ailəsi 2018” film festivalında xüsusi diplomla təltif olundu.