Azərbaycan kinosunun 120 illik yubileyi qeyd olunacaq
Azərbaycan kinosunun 120 illik yubileyi qeyd olunacaq
- 30 İyul, 2018
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən kino.org.az-a daxil olan məlumata görə 2 avqust 2018-ci il tarixində saat 18:00-da Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcəkdir.
rn
Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2018-ci il tarixli 3616 nömrəli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə rejissor Yavər Rzayevin Azərbaycan kinosunun tarixinə və keçdiyi zəngin inkişaf yoluna həsr etdiyi sənədli film nümayiş etdiriləcəkdir
rn
Eyni zamanda mədəniyyət və incəsənət xadimlərinin, kino işçilərinin, həvəskarlarının və şəhər ictimaiyyətinin iştirak edəcəyi mərasimdə bir qrup kino xadiminin mükafatlandırılması nəzərdə tutulur.
kino.org.az