Azərbaycan Respublikasının Dövlət bayrağı – 100

Azərbaycan Respublikasının Dövlət bayrağı – 100

  • 16 Noyabr, 2018

Dövlətimizin rəmzi, simvolu olan üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib.
2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib.
2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Dövlət bayrağı Meydanının memorial abidə-istirahət kompleksinin təntənəli açılışı olub. Ginnes dünya rekordlar təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan 100 yaşlı bayraq xalqın milli-mənəvi dəyərlərə,dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirir. Üçrəngli bayraq milli suverenliyin simvolu, hər bir azərbaycanlı üçün müqəddəs dövlətçilik rəmzidir. Bu gün ən yüksək zirvələrdə dalğalanan uçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.
Hörmətli izləyicilərimiz hər birimiz üçün müqəddəs olan bu bayram günündə sizi səmimi qəlbdən təbrik edir, sizə can sağlığı, xoşbəxtlik və Azərbaycanımızın gələcək inkişafı naminə işlərinizdə uğurlar diləyirik.