71-ci Kann festivallının qalibləri məlum oldu

71-ci Kann festivallının qalibləri məlum oldu

  • 21 May, 2018

Kino.org.az-a daxil olan məlumata görə Keyt Blanşetin rəhbərlik etdiyi münsiflər heyəti festivalın baş mükafatı olan “Qızıl Palma budağı”nı “Ailə məsələsi” filminə görə yaponiyalı Hirokazu Koreedaya təqdim edib.

Festivalın Qran Prisinə ameriaklı Spaik Linin “BlacKkKlansman” filmi layiq görülüb. “Xüsusi Qızıl Palma budağı” mükafatı fransız rejissor Jak–Lük Qodara “Şəkil kitabı” filminə görə verilib.

Polşalı kino resjissor Pavel Pavlikovskinin “Soyuq müharibə” filmi quruluş tərtibatına görə mükafata layiq görülüb. “Ən yaxşı Qadın” və “Ən yaxşı kişi” nominasiyaları Samal Yeslyamova və Marselo Fonteyə təqdim edilib.

“Ən yaxşı ssenari” nominasiyası üzrə mükafatlar Nadin Labakiyə, Cafar Panahiyə və Alis Rohrvaçerə verilib. Qısa metrajlı film “Qızıl Palma budağı” mükafatına Şarl Vilyamın “Bütün bu məxluqlar” filmi layiq görülüb.