13 noyabr Beynəlxalq Gözdən Əlillər günüdür

13 noyabr Beynəlxalq Gözdən Əlillər günüdür

  • 13 Noyabr, 2018

Bu günün Beynəlxalq Gözdən Əlillər günü kimi qeyd olunması Valentin Qayuininin adı ilə bağlıdır.1745-ci il noyabrın 13-də anadan olan Valentin Qayuin dünyada ilk dəfə olıaraq öz vəsaiti hesabına gözdən əlillər üçün qabarıq şiriftlər yaradıb. 1784-cü ildə isə öz evində “görmə qüsuru olan işçilərin emalatxanası” adlı məktəb açan Qayuin, ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib.
Azərbaycanda Gözdən Əlillər Cəmiyyəti 2002-ci ildən fəaliyyət göstərir. 1981-ci il iyunun 1-də cəmiyyətin təşəbbüsü ilə həmin cəmiyyətin tabeliyində “Mərkəzi Respublika Korlar Kitabxanası” fəaliyyətə başlayıb. Kitabxananın vəzifəsi I və II qrup gözdən əlillərə ktabxana-informasiya xidməti göstərməkdir.
Qeyd edək ki, Umumdünya Səhiyyə təşkilatının statistik göstəricilərinə əsasən dünya əhalisinin 160 milyonu gözdən əlildir. Hal-hazırda ölkəmizdə 40 mindən çox görmə qüsurlu şəxs var
Bakı Şəhər Kino Xidməti idarəsi Gözdən Əlillər Cəmiyyətinə mütəmadi olaraq “Sərhədsiz incəsənət” layihəsi çərçivəsində dəstək olur. Belə ki, idarə gözdən əlillərin bilik və informasiya almaq imkanlarının genişlənməsi məqsədilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bədii və cizgi filmlərinin tiflo və surdo şərhlə hazırlanmasında yaxından iştirak edir. Hazırlanan filmlərin cəmiyyət üzvlərinin iştirakı ilə təqdimat mərasimləri təşkil edilir. Həmin filmlər çoxaldılıb bölgələrdə fəaliyyət göstərən Gözdən Əlillər Cəmiyyətinin yerli təşkulatlarına çatdırılması da Kino Xidməti idarəsinin təşəbbüsü ilə reallaşmışdır. Eyni zamanda bu filmlər idarənin kino.org.az saytının görmə eşitmə və nitq qüsurlu insanlar üçün nəzərdə tutulan bölməsində yerləşdirilmişdir.