Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsi
Bakı şəhər Kino Xidməti idarəsi dövlətin kino sahəsindəki siyasətini həyata keçirən, öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamlarını yerinə yetirən büdcə hesabına maliyyələşən dövlət idarəsidir.
Möhtərəm Prezident İlham Əliyevin Azərbaycanda “Kino sənətinin inkişaf etdirilməsi haqqında” imzaladığı sərəncam kinematoqrafiya sahəsində bir sıra böyük layihələrin reallaşmasını təmin edir. Kino istehsalı üzrə dövlət studiyaları və müstəgil prodüser mərkəzləri bir sıra uğurlu filmlər çəkməklə yaradıcılıq işlərini davam etdirirlər.
Bakı şəhər Kino Xidməti idarəsi əhaliyə mədəni kino xidməti göstərilməsini, müasir Azərbaycan kinosunu təbliği və yeni çəkilmiş filmləri geniş tamaşaçı auditoriyasına təqdimini, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda formalaşmasını, uşaq və yeniyetmələrdə estetik tərbiyyənin inkişaf etdirilməsini, Bakı şəhərində keçirilən film festivalların, xatirə və yaradıcılıq gecələrinin, orta təhsil ocaqlarında bir sıra tədbirlərin keçirilməsini təmin edir.
Kino Xidməti idarəsi Bakı şəhərində Türkiyə, Pakistan, Hindistan və İran filmləri festivalları keçirib. İdarə eyni zamanda şəhərdə keçirilən mədəni-kütləvi tədbirlərin təşkilində də yaxından iştirak edir. Umummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Beynəlxalq Mətbuat Mərkəzində rejissor Gültəkin Nərimanın “Xalqa bağışlanan ömür”, 20 Yanvar faciəsi ilə əlaqədar “Tarixin acısı-qan yaddaşımız”, Bakı Şəhər İcra Hakimiyyəti Aparatının akt zalında Bakı şəhərində yerləşən xarici ölkə səfirliklərinin iştirakı ilə “92-ci ilin qarı” adlı sənədli filmlərinin təqdimat mərasimləri, Ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Bakı şəhərində keçirilən Gül bayramının foto-video çəkilişləri, nominasiyalar üzrə qaliblərin təltifetmə mərasimi, idarənin uğurlu tədbirlərindəndir.
“17 Noyabr Ümumdünya Gözdən Əlillər Günü münasibətilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Sərhədsiz incəsənət” layihəsinin təqdimat mərasimi və həmin layihə çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinin maliyyə dəstəyi ilə gözdən, nitqdən eşitmədən qusuru olan insanlar üçün hazırlanan Şərikli çörək filmi diqqət çəkən məqamlardandır. Yeni yaradılan kino.org.az saytı idarənin fəaliyyətini işıqlandırmaqla bərabər Azərbaycan ədəbiyyatı, kinosu və incəsənətindəki yeniliklər haqqında izləyicilərə yeni-yeni xəbərlər çatdırır. Saytda yerləşdirilən tiflo və surdo filmlər gözdən nitqdən və eşitmədən qüsuru olan insanlar üçün nəzərdə tutulmuşdur. Bakının 236 saylı orta məktəbində keçirilən “Özbəkistan cizgi filmləri günü” uşaq bayramı kimi kiçik yaşlı məktəblilərin yaddaşlarından hec vaxt silinməyəcək.
Bakı şəhər Kino Xidməti idarəsinin beynəlxalq aləmdəki uğuru isə idarənin əməkdaşlarının lentə aldığı “Əsrin daş yaddaşı” sənədli filmi olmuşdur. Qeyd olunan filmə görə Kino Xidməti idarəsi 2003-cü ilin yayında ABŞ-ın Nyu-York şəhərində Yüksək keyfiyyət və Biznes Prestiji Beynəlxalq mükafatlandırma Təşkilatının təsis etdiyi Qızıl Dərəcə mükafatına layiq görülməklə həmin təşkilatın fəxri üzvü seçilmişdir.
Kino Xidməti idarəsi Bakida fəaliyyət göstərən xarici ölkə səfirliklərinin mədəniyyət mərkəzləri ilə birlikdə bir sıra maraqlı layihələr üzərində işləir. İdarənin gələcək planlarından biri də Bakı şəhərində nümunəvi uşaq kinoteatrının yaradılmasıdır.